Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna göz yummamağa çağırdı

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna göz yummamağa çağırdı

Hazırda oxunan: Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna göz yummamağa çağırdı

125881

Martın 16-da Ağdam rayonunda mina partlayışı nəticəsində iki nəfər dinc sakin həlak olub.

Bununla da, 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina partlamasından zərər çəkib ki, onların da 48 nəfəri həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

“Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda mina partlayışı ilə bağlı RƏSMİ AÇIQLAMA 


Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”, - deyə XİN-in məlumatında vurğulanıb.

Nazirlik, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO