Böyük Türk dünyası Azərbaycanın çağırışı ilə Ankarada TOPLANDI – Qardaş yardımının SİYASİ DAVAMI

Böyük Türk dünyası Azərbaycanın çağırışı ilə Ankarada TOPLANDI – Qardaş yardımının SİYASİ DAVAMI

Hazırda oxunan: Böyük Türk dünyası Azərbaycanın çağırışı ilə Ankarada TOPLANDI – Qardaş yardımının SİYASİ DAVAMI

125873

Dost dar gündə tanınar. Qardaşın isə tanınmaq üçün günə ehtiyacı yoxdur. Dövlətlərarası qardaşlıq nümunəsini görmək üçün isə Azərbaycan-Türkiyə tandeminə baxmaq kifayətdir.

Ötən ayın 6-sı qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ, 40 mindən çox insanı canından etməklə yanaşı, ölkənin 12 əyalətində miqyası olmayan dağıntılara səbəb oldu.

Səhəri zəlzələ xəbəri ilə açan Azərbaycan xalqında yaranan üzüntü duyğusu isə ən azı türkiyəlilər qədər böyük idi. Ancaq kədərə rəğmən xalqımız və dövlətimiz dərhal qardaşlarımıza yardım üçün səfərbər oldu. Zəlzələdən saatlar sonra aidiyyəti qurumlar, ictimai təşkilatlar və əhali yardım kampaniyalarına start verdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Ermənistan hələ də qoşunlarını Azərbaycandan çıxarmayıb”


İlk olaraq Azərbaycan xilasediciləri, təbii fəlakət bölgəsinə səfərbər olub, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün bütün güclərini ortaya qoydular.

Azərbaycandan göndərilən 669 xilasedici dağıntı bölgəsində xilasetmə əməliyyatlarında fəal iştirak edib. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına veriblər.

Fəlakət bölgəsinə 121 həkim və tibbi personal, 150 könüllü gedərək qardaş xalqın dərdinə şərik olub və səmərəli fəaliyyət göstərib. Azərbaycanın hərbi həkimləri 3123 nəfər tibbi xidmət göstərib, ağır yara alanları müalicə edərək sağaldıblar.

Fevralın 6-dan martın 15-dək Türkiyəyə göndərilən yardımların həcminə nəzər salmaq qardaş dəstəyini görmək üçün kifayətdir:

- Humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat təşkil edir. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib.

- Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev göndərilib, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət edib.

Bununla yanaşı, 786 elektrik generatoru, 11 min 299 ədəd qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min 65 dəst isti paltar, 252 ton yanacaq göndərilib.

- Ümumilikdə dövlət qurumları tərəfindən zəlzələ bölgəsində zərər çəkənlərə 44 milyon 82 min 967 manat (25 milyon 931 min 157 ABŞ dolları) məbləğində humanitar yardım göstərilib. Humanitar yardımların Türkiyəyə çatdırılması üçün 16 təyyarədən, 459 TIR, 25 vaqondan istifadə olunub.

Sadalananlarla yanaşı, Heydər Əliyev Fondunun zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün xüsusi fəallıq göstərdi. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu zəlzələ baş verəndən sonra ilk reaksiya göstərən təşkilatlardan biri oldu. 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib.

Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.

Maddi-mənəvi yardımlarla yanaşı siyasi dəstəyi də unutmaq olmaz.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçiriləcək.

Belə ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib.
Türkiyədəki fəlakətin fəsadlarını aradan qaldıran digər türk dövlətlərinin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub.

Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, böyük Türk dünyasında qarşılıqlı dəstəyin, hörmətin əyani sübutudur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO