Fərid Şəfiyev: “Müsəlmanlara qarşı qərəzli münasibət bəslənilir”

Fərid Şəfiyev: “Müsəlmanlara qarşı qərəzli münasibət bəslənilir”

Hazırda oxunan: Fərid Şəfiyev: “Müsəlmanlara qarşı qərəzli münasibət bəslənilir”

125599

Müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilib. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsində münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.

Bizim.Media xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.

“İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə, iqtisadiyyatına və sosial məzmunlara ciddi təsiri var. İslamofobiya doğurduğu nəticələr baxımından müxtəlif kontekstlərdə mövcuddur”, - deyə Fərid Şəfiyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO