“Azərbaycan hərbi əməliyyat keçirirək 8 kəndi də azad etməlidir”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycanın hələ də işğal altında qalan anklav kəndlərinin taleyi məsələsinə toxunarkən deyib:
“Azərbaycanın hələ də işğalda olan 8 kəndi var. Sərhəddə delimitasiya həyata keçirilmədiyindən müharibə təhlükəsi də qalmaqdadır. Ermənistan xoşluqla 8 kəndi də Azərbaycana qaytarmalıdır. Bunu etməsə, Azərbaycan hərbi yola əl atmaqla həmin kəndləri azad etməli olacaq”.
Ekspert qeyd edir ki, 10 noyabr sənədinin 7-ci bəndinə uyğun olaraq, 200 minə yaxın soydaşımız hələ də Ermənistana qaytarılmayıb:
Nədənsə ölkəmizdə Qərbi Azərbaycanlılar məsələsini rahatlıqla gözardı edənlər də var. Unutmayaq ki, Qərbi Azərbaycandan 200 min soydaşımız qovulub. Sülhdən söhbət gedirsə, nəticələr ləğv olunmalıdır. Nəticənin yox olması üçün isə səbəb aradan qaldırılmalıdır.
Necə ola bilər ki, Qarabağdan qaçan ermənilər rusların yardımı ilə ildırım sürətilə geri qaytarılır, ancaq 200 min soydaşımızdan hələ bir nəfəri belə Ermənistana qaytarılmayıb? Bu hal 10 noyabr sənədinin 7-ci maddəsində təsbit olunub. Ona rəgmən artıq 3-cü ildir bir nədər də olsa azərbaycanlı hələ də Ermənistana qaytarılmayıb. Yəni sənədin bu maddəsi də pozulur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:15 / 15.03.2023
10 noyabr razılaşması HƏRBİ MÜSTƏVİYƏ daşınır? – Ekspertin ŞƏRHİ
Hazırda oxunan: 10 noyabr razılaşması HƏRBİ MÜSTƏVİYƏ daşınır? – Ekspertin ŞƏRHİ
Hazırda oxunan: 10 noyabr razılaşması HƏRBİ MÜSTƏVİYƏ daşınır? – Ekspertin ŞƏRHİ
125509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.