Səməd Seyidov Qarabağ ermənilərinə müraciət etdi:

Səməd Seyidov Qarabağ ermənilərinə müraciət etdi: "Bu şansı qaçırmayın"

Hazırda oxunan: Səməd Seyidov Qarabağ ermənilərinə müraciət etdi: "Bu şansı qaçırmayın"

125479

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın”, deyə o bildirib.
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət edib, lakin separatçı rejim görüşdən imtina edib. Yayılan məlumatda Azərbaycana reinteqrasiyanın “qəbuledilməz” olduğu vurğulanıb.

Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO