İcma sədrindən BƏYANAT: “Ermənistandan cavab gözləyirik”

İcma sədrindən BƏYANAT: “Ermənistandan cavab gözləyirik”

Hazırda oxunan: İcma sədrindən BƏYANAT: “Ermənistandan cavab gözləyirik”

125307

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir: 

"Biz Azərbaycan hökumətinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrini re-inteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün görüşə dəvət etməsini alqışlayırıq. Bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və re-inteqrasiyadan keçir. 

Eyni şəkildə, biz Ermənistan hökumətinin Ermənistandan qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə bizim danışıqlara başlamaq təşəbbüsümüzə cavab verməsini gözləyirik.

Qərbi Azərbaycan İcması olaraq, biz bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyana məktub ünvanlamışıq və Ermənistan hökumətini öz evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzun reallaşması üzrə dialoqa başlamağa çağırmışıq. 

Biz Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab verməsini və danışıqlara başlamaq üçün təkliflər gözləyirik. 

Bu danışıqlar ilə bağlı bizim platformamız təməl insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və re-inteqrasiyaya əsaslanır. 

Xarakterik haldır ki, həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistandan qovulmuş azərbaycanlılar ilə bağlı məsələlər üzrə dialoq təşəbbüskarı müvafiq olaraq Azərbaycan dövləti və Qərbi Azərbaycan İcmasıdır. Ümid edirik ki, erməni tərəfi “etnik uzlaşmama” kimi qeyri-konstruktiv yanaşmasından əl çəkəcək və etnik müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik kimi ülvi bəşəri dəyərlərə əsaslanan addımları dəstəkləyəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO