Prezidentin köməkçisi:

Prezidentin köməkçisi: "Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi Azərbaycanın daxili işidir”

Hazırda oxunan: Prezidentin köməkçisi: "Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi Azərbaycanın daxili işidir”

125116

"Azərbaycanın suverenliklə bağlı haqlı mövqeyi beynəlxalq müstəvidə qəbul olunur".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

"Biz 2022-ci ilin sonuna qədər sülh sazişinin imzalanmasına ümid edirdik, yeri gəlmişkən, sentyabrda Vaşinqton görüşündə bu məsələ də müzakirə olunmuşdu. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə buna nail ola bilmədik.

Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir.

Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub.

Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır", - Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib.

Hikmət Hacıyev əlavə edib ki, Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq:

"Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur.

İstər Brüssel danışıqlarında, istərsə də keçən ilin sentyabr ayında Vaşinqtonda keçirilmiş görüşdə Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməsi məsələsi müzakirə edilib.

Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz və biz heç zaman buna razılıq verməmişik. Ermənistanın bununla bağlı iddiaları tamam məntiqsizdir və süni gərginlik yaratmaq məqsədi daşıyır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO