Albaniya prezidentindən İlham Əliyevə: “Sizin dostluğunuzu qazanmışıq” - VİDEO

Hazırda oxunan: Albaniya prezidentindən İlham Əliyevə: “Sizin dostluğunuzu qazanmışıq” - VİDEO

125090

“Cənab Prezident. Əlamətdar tədbir olan Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmək, Sizi ziyarət etmək məndə və mənim heyətimdə böyük məmnunluq hissi doğurur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri martın 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Albaniya prezidenti ilə görüşdü - FOTO


“Bu, səfər etmək və Sizi görmək üçün əlavə bir fürsətdir. Əlbəttə ki, atanızın irsi əbədi olaraq yazılıb və hesab edirəm ki, Bakı və bütün ölkə üçün həyata keçirdiyiniz işləri hər yerdə görmək olar. Dünən mən şəhərə çıxdım, bir az gəzdim və şəhərin heyrətamizliyinin şahidi oldum”, deyə o vurğulayıb.

Albaniya lideri keçən il İlham Əliyevlə görüşünü xatırladıb və qeyd edib Albaniya ilə Azərbaycan dost ölkələrdir:

“Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik”.

O, indi enerji məsələsinin çox önəmli olduğunu deyib:

“Qaz da çox vacibdir. Biz çox şadıq və bəxtimiz gətirib ki, Siz üzərinizə belə bir öhdəlik götürmüsünüz və Sizin dostluğunuzu qazanmışıq”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO