ABŞ Azərbaycan-Ermənistan arasında nə planlayır? – Tofiq Zülfüqarovun ŞƏRHİ

ABŞ Azərbaycan-Ermənistan arasında nə planlayır? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: ABŞ Azərbaycan-Ermənistan arasında nə planlayır? – Tofiq Zülfüqarovun ŞƏRHİ

124987

Mətbuatın yazdığına görə, Azərbaycan-Ermənistan məsələsi ətrafında maraqlı hadisələr baş verir. Belə ki, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş məsləhətçisi Luis Bonu Bakı səfərinin ardınca İrəvana gedib, oradan isə yenidən Bakıya qayıdıb. 

Görünən odur ki, tərəflər hansısa sənədi müzakirə edirlər və bu zaman ABŞ rəsmisinin vasitəçiliyilə bir-birilərinə öz təkliflərini çatdırırlar. Bu da onu göstərir ki, indiki mərhələdə proses ABŞ-ın aktiv rolu və vasitəçiliyilə aparılır. 

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Luis Bononun Bakı-İrəvan-Bakı səfərləri çərçivə sazişi üzrə razılaşmanın əldə edilməsinə hesablanmış səfərdir:

“İlk növbədə onu qeyd edək ki, ABŞ-ın prosesdə hansısa nəticələr əldə etməyə çalışdığı hiss olunur. Mümkün nəticələr barədə danışmaq hələ tezdir. Amma hər halda söhbət sülh razlşaması üzrə hansısa çərçivə sazişindən gedir. Orada isə sülhə aid əsas prinsiplər qeyd olunacaq. Amma həmin saziş bağlansa da belə, bu, heç də məsələnin tam həllinə nail olunması anlama gəlməyəcək. Lakin hər halda bu da bir irəliləyiş ola bilər. Çünki çərçivə sazişinin bağlanması ilə Ermənistan rəsmi olaraq yürütdüyü işğalçı siyasətindən çəkinəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO