“Anlamalıyıq ki, onların “hədəfləri” medianın azadlığı yox, Azərbaycanın milli dövlət maraqlarıdır”
“Sözügedən təşkilat anti-Azəbaycan mövqeyini əsas qayəsi olaraq görür”
“Azərbaycan haqda anti-demokrat imicinin yaradılması həm də Qarabağdakı erməni əhalisinin inteqrasiya prosesinin qarşısını almağa hesablanıb”
Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House” təşkilatının son hesabatı ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.
Bizim.Media “Sherg.az"a istinadən bəyanatı təqdim edir:
-“Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib.
Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qərəzli münasibətə cavab olaraq bəyan edirik ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununda hesabatda iddia oluduğu kimi xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.
Belə ki, Qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur.
Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur
“Freedom House” təşkilatı beynəlxalq standartlara deyil, erməni lobbisi və onların maraqlarına xidmət göstərən təşkilat olduğunu deyən “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli “Sherg.az”a vurğulayıb ki, həmin təşkilatın özü fəaliyyəti dönəmində bunu dəfələrlə sübut edib:
“Misal üçün, bu təşkilat işğal dövründə “Dağlıq Qarabağı” ayrıca “respublika” kimi göstərir, bu qodnarma rejimdə insan haqları, söz azadlığı kimi göstəricilərin Azərbaycandan yüksək olduğunu iddia edirdi. Bundan başqa, Qarabağı beynəlxalq hüquqa uyğun Azərbaycan ərazisi kimi yox, Ermənistan ərazisi kimi göstərən hesabatları olub.
Ümumiyyətlə, sözügedən təşkilat anti-Azəbaycan mövqeyini əsas qayəsi olaraq görür. Bu baxımdan, təşkilatın Azərbaycan mediası ilə bağlı həqiqətləri təhrif etməsi təəccüblü deyil. Bu həm də məqsədlidir”.
Baş yazar qeyd edib ki, burada əsas niyyət Azərbaycanı “demokratiyanın olmadığı”, “söz azadlığının boğulduğu” ölkə kimi göstərməkdir:
“Bu da birbaşa erməni dairələrinin sifarişi ilə həyata keçirilir. Erməni lobbisinin hədəfi Azərbaycan haqqında anti-demokrat imici yaratmaqla beynəlxalq təzyiqə və Ermənistan-Azərbaycan münasibətlərində İrəvan hakimiyyətinin maraqlarının təmin edilməsinə nail olmaqdır.
Bundan əlavə, Azərbaycan haqda anti-demokrat imicinin yaradılması həm də Qarabağdakı erməni əhalisinin inteqrasiya prosesinin qarşısını almağa hesablanıb. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə erməni əhalisinin hüquq və təhlükəsizliyini qoruyacağını bildirib.
Erməni lobbisi də belə təşkilatlar üzərindən ölkəmiz haqqında mənfi imic yaratmaqla “Azərbaycanda demokratiya, media azadlığı yoxdur, ermənilərin hüququ qoruna bilməz” kimi yanlış fikirlər yaratmağa çalışır.
Bu dezinformasiyalara qarşı isə ilk növbədə medianın həmrəyliyinə nail olmalıyıq. Anlamalıyıq ki, onların “hədəfləri” medianın azadlığı yox, Azərbaycanın milli dövlət maraqlarıdır.
Bununla yanaşı, həqiqətləri beynəlxalq müstəvilərdə səsləndirməliyik və beynəlxalq rəyi düzgün formalaşdırmalıyıq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:07 / 10.03.2023
“Freedom House”! – Azadlıq evi, yoxsa qərəz yuvası? - Erməni lobbisinin maşası...
Hazırda oxunan: “Freedom House”! – Azadlıq evi, yoxsa qərəz yuvası? - Erməni lobbisinin maşası...
Hazırda oxunan: “Freedom House”! – Azadlıq evi, yoxsa qərəz yuvası? - Erməni lobbisinin maşası...
124880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.