Ermənistan Qərbin təsir altında KTMT-dən çəkilir – “Yeni müharibə gözlənilir”

Ermənistan Qərbin təsir altında KTMT-dən çəkilir – “Yeni müharibə gözlənilir”

Hazırda oxunan: Ermənistan Qərbin təsir altında KTMT-dən çəkilir – “Yeni müharibə gözlənilir”

124801

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibinin müavini vəzifəsindən imtina edib. 

İrəvanın KTMT ilə münasibətləri artıq bir neçə ildir ki, kəskinləşməyə doğru gedir. Ermənistan bu hərbi qurumu Azərbaycanla apardığı müharibədə və ondan sonrakı proseslərdə ona dəstək verməməkdə ittiham edir. 

Bu fonda da son illər Ermənistanda anti-Rusiya və ona müvafiq olaraq KTMT əleyhinə əhval-ruhiyyə güclənir. 

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Paşinyanın KTMT ilə bağlı atdığı son addım Qərbin ona ünvanladığı mesajla bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan KTMT Baş katibi müavini vəzifəsindən imtina etdiyini TƏSDİQLƏDİ 


“Ermənistanın bu addımı onun Moskva ilə münasibətlərində gərginliyin daha da artmasına səbəb olacaq. Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında başlanan rəqabət prinsip etibarı ilə hazırda yeni mərhələyə daxil olub. Görünür, Paşinyan özünün Qərbdəki havadarları tərəfindən Rusiya ilə münasibətlərin Qərbin maraqları müstəvisi üzərinə gətirilməsi üçün növbəti mesajlarını alıb. Paşinyan hələ hakimiyyətə gəlməmişdən Qərbə üz tutacağını bəyan etmişdi. Görünür artır həmin bəyanatların gerçəkləşdirilməsi üçün Paşinyana daha qətiyyətli addımların atılmasına ciddi ehtiyacların olduğu mesajı verilib”. 

Ekspertin qənaətincə, Paşinyanın Rusiyanın maraqlarına cavab verməyən bu sayaq addımlar atması Ermənistanla Azərbaycan arasında növbəti müharibəni labüd və qaçılmaz edir:

“Çünki Moskva ilə münasibətlərdəki gərginlik Rusiyanın marağına cavab vermədiyindən, lakin dolayısı ilə ölkəmizin ərazi bütövlüyünün tam bərpası ilə bağlı məsələyə cavab verdiyindən Azərbaycan heç şübhəsiz bundan istifadə edəcək.


Bütün bunlar gələn ilin əvvəlində Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən alovlanmasına gətirib çıxara bilər. Bir neçə gün əvvəl Ermənistan müdafiə nazirinin keçmiş müavini də belə bir mövqe sərgiləyib. İstisna etmirəm ki, Qərb də bunda maraqlıdır. Qərb Cənubi Qafqazda Ukraynadan sonra Rusiya üçün yeni cəbhənin açılmasına çalışır. Ona görə də İrəvanın KTMT ilə bağlı atdığı addımlar Qərbin göstərişilə bilərəkdən atılır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO