İranın Qarabağa terrorçular göndərmək PLANI – “Azərbaycan sərt addımlar ata bilər”

İranın Qarabağa terrorçular göndərmək PLANI – “Azərbaycan sərt addımlar ata bilər”

Hazırda oxunan: İranın Qarabağa terrorçular göndərmək PLANI – “Azərbaycan sərt addımlar ata bilər”

124772

Martın 9-da Türkiyə mətbuatında İranın Qarabağa terrorçular göndərmək planı ilə bağlı sensasion məqalə dərc olunub. “Türkiye” qəzetində yayımlanan məqalədə, Tehran hakimiyyətinin may ayına qədər İran İnqilabı Keşikçiləri və şiə milislərindən ibarət 4000 nəfərlik qüvvəni Qarabağa köçürməyi planlaşdırdığı qeyd olunub. Sözügedən xəbərdə İranın bu addımları “Qarabağı Suriyalaşdırmaq” cəhdi kimi qiymətləndirilib.

Bəs, İranın bu cür planlar qurması nəyə hesablanıb? Qarabağa terrorçuların göndərilməsi nə qədər realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev sözügedən iddianın reallığı ehtimallarını dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Tehran mollalarından Nizami İDDİASI – Gəncənin İrana nə qədər dəxli var?


“İran çox şey planlaşdıra bilər. Ancaq İranın 44 günlük Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonuna bu həcmdə kontingent yerləşdirmək imkanı məhduddur və asan məsələ deyil. Bu qədər şəxs, silah-sursat və texnika ən pis halda ya Laçın, ya da alternativ Xəlfəli-Turşsu yolu ilə daşına bilər. Məlumdur ki, son günlərdə hər iki yol tamamilə Azərbaycanın nəzarəti altındadır. Ona görə də, İranın belə bir niyyəti olsa da, bunun baş tutması ehtimalı çox aşağıdır”.

Ekspert qeyd edib ki, İranın Azərbaycana qarşı fəaliyyətləri ilə bağlı məlumatların yayılması halı ilk dəfə deyil:

“Biz müstəqillik əldə etdiyimiz ilk günlərdən, indiyədək İran rejiminin Azərbaycana qarşı addımlarını daim müşahidə etmişik. İranın qeyd olunan qüvvələri Qarabağa deyil, Ermənistan ərazisinə yerləşdirməsi mümkün ola bilər.
 

Onsuz da, Ermənistan “Xeyirxah qızlar məktəbi”nin qapısı kimi hər gələnə açıqdır. Orada Rusiya, Almaniya, Fransa da var. Tehran isə Qafana konsulluq açırsa, deməli Qərbi Azərbaycan torpaqlarında İranın yerləşməsi niyyəti aşkardır.


Ümumilikdə isə İran terrorçularının Qarabağ iqtisadi rayonuna keçirilməsi ehtimalını aşağı qiymətləndirirəm. Kiçik qrupların gəlməsi mümkündür, amma 4 min nəfərin bölgəyə keçirilməsi qeyri-mümkündür. Rusiya da buna razı olmaz. Azərbaycan isə daha sərt addımlar ata bilər. Ancaq həmin qüvvələrin Ermənistan ərazisinə yerləşdirilməsində maneə görmürəm. Bu isə Qərbi, Rusiyanı, o cümlədən Azərbaycanı adekvat və əks-təsirə malik addımlar atmağa vadar edə bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO