Sabiq müdafiə naziri Rəhim Qazıyevlə 1993-cü ildə AXC hakimiyyətinə qarşı iyun qiyamının təşkilatçısı olmuş keçmiş baş nazir Surət Hüseynov zaman-zaman mətbuatın gündəminə gətirilir, danışdırılır.
Bu iki şəxslər barədə mediada yazılanlar isə birmənalı qarşılanmır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev mövzu ilə bağlı deyib ki, hazırda daha ciddi məsələlərlə məşğul olduğundan Rəhim Qazıyev və Surət Hüseynov kimilər barədə danışmaq istəmir.
“Mən 1993-cü ildə bu adamlar barədə öz sözümü demişəm. Bunu bütün Azərbaycan bilir. Əsrin dörddə-biri keçəndən sonra bir daha o vaxtkı hadisələr və bu adamlar barədə danışmaq istəmirəm. Məni daha ciddi məsələlər düşündürür”x9d.
Qeyd edək ki, Fərəc Quliyev AXC iqtidarı zamanında AXC İcraiyyə Komitəsinin sədri işləyib.(Modern.az)





























































































