Sonuncu hadisə zamanı hərbçilərimizi ermənilərə kim satıb? – Tofiq Zülfüqarovdan 7 SUAL

Sonuncu hadisə zamanı hərbçilərimizi ermənilərə kim satıb? – Tofiq Zülfüqarovdan 7 SUAL

Hazırda oxunan: Sonuncu hadisə zamanı hərbçilərimizi ermənilərə kim satıb? – Tofiq Zülfüqarovdan 7 SUAL

124577

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması faktının aşkarlanması separatçılarla hərbçilərimiz arasında silahlı toqquşma ilə nəticələnib. Hadisə ilə bağlı yayılan görüntülərlə bağlı isə fikirlər heç də birmənalı deyil.

Bizim.Media xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında hadisə ilə bağlı fikirlərini bölüşüb.

Keçmiş nazir diqqətdən kənar qalan bir sıra məqamları açıqlayıb:

“1. Sayı 10 nəfərə qədər olan hərbçilərimiz və 3 “UAZ” sərnişini ilə yanaşı, hadisə baş verən ərazidə hələ də naməlum sayda erməni terrorçuları var idi ki, onlara sonradan zirehli transportyorlarla gələn sülhməramlılara qoşuldular;

2. “UAZ”a markalı avtomobili saxlayıb yoxlamaq istəyərkən separatçılar atəş açıb, bundan sonra Azərbaycan hərbçiləri cavab atəşi ilə düşməni məhv ediblər;

3. Sonra əvvəlcədən hazırlanmış mövqelərdən (dağın əks yamacı) erməni tərəfi hərbçilərimizə atəş açıb, ordumuz isə onları itki verərək geri çəkilməyə məcbur edib.

4. Daha sonra “UAZ”-a Rusiya sülhməramlıları zirehli transportyoru ilə yaxınlaşdı, bundan sonra hər iki tərəfdən atəş dayandırıldı və ölənlərin cəsədlərinin təxliyəsi mümkün oldu”.

Tofiq Zülfüqarov bir sıra sualların hələ də cavabsız qaldığını qeyd edib:

“Birincisi, “UAZ”-da bu qədər vacib nə ola bilərdi ki, onu pulemyotla silahlanmış üç zabit müşayiət etsin?;

İkincisi, niyə məhz bu “UAZ”ın yoxlanılması bizim üçün bu qədər vacib idi ki, hərbçilərimiz digər avtomobilləri buraxaraq məhz onu dayandırmağa çalışdılar?;

Üçüncüsü, ermənilər hərbçilərimizin “UAZ”ı dayandıracağı yeri necə əvvəlcədən dəqiqliklə bilərək, terrorçuları ora yerləşdiriblər?;

Dördüncüsü, “UAZ” haqqında bizə məlumat verən mənbə kimdir?;

Beşincisi, ermənilər üçün bizim hərəkətlərimizin təfərrüatları barədə məlumatları ötürən mənbə kimdir?;

Altıncısı, nə üçün əməliyyatı planlaşdırarkən pusquya düşmə ehtimalını nəzərə almadıq?;

Yeddincisi, nə üçün bizim ərazimizdə bu səviyyədə əməliyyatlara apara biləcək terrorçuların fəaliyyəti hələ də davam edir?”

Sabiq nazir Azərbaycanın hansı addımları atmalı olduğunu da vurğulayıb:

“Birinci və əsas nəticə ondan ibarətdir ki, biz Ermənistanla münaqişənin yeni mərhələsinə qədəm qoyduq, bunu dövlətimizə qarşı terror müharibəsi mərhələsi adlandırmaq olar. Bizim strategiyamızın əsas elementi dövlət sərhədinin bütün uzunluğu boyunca Ermənistan Respublikası ilə sərhədin tamamilə bağlanması, o cümlədən Rusiya sülhməramlılarının maddi-texniki təchizatının yalnız Azərbaycan ərazisindən həyata keçirilməsi olmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO