İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında yaxşı irs qoyduğunu AÇIQLADI

İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında yaxşı irs qoyduğunu AÇIQLADI

Hazırda oxunan: İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında yaxşı irs qoyduğunu AÇIQLADI

124404

Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlıq həyata keçirilib və ölkəmiz bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bildirib.

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Hərəkata sədrlik dövründə çox yaxşı irs qoyduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO