Rəsmi Bakıdan Tehrana SƏRT CAVAB 

Hazırda oxunan: Rəsmi Bakıdan Tehrana SƏRT CAVAB 

124278

“Nizami Gəncəvi bütün həyatı boyu Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə bildirib.

XİN rəsmisi deyib ki, Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir.

Ayxan Hacızadə qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanda milli səviyyədə geniş hörmət qazanıb.
XİN rəsmisi bu həftə Azərbaycanda X Qlobal Bakı Forumunun keçiriləcəyini xatırladıb və Forumun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirildiyinə diqqət çəkib.

Qeyd edək ki, martın 5-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kənani Tehranda keçirilən “Nizami həftəsi”nin açılış mərasimində Nizami Gəncəvini fars şairi adlandırmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO