Xankəndidən XƏBƏR VAR: “Arutyunyan qaçacaq, xalq Azərbaycanın təklifini qəbul edəcək”

Xankəndidən XƏBƏR VAR: “Arutyunyan qaçacaq, xalq Azərbaycanın təklifini qəbul edəcək”

Hazırda oxunan: Xankəndidən XƏBƏR VAR: “Arutyunyan qaçacaq, xalq Azərbaycanın təklifini qəbul edəcək”

124277

Xəbər verdiyimiz kimi separatçıların lideri Arayik Arutyunyan ötən gün bəzi etiraflar edib. O bildirib ki, Azərbaycan tərəfi bizə deyir ki, ya inteqrasiyaya razı olun, ya da sərt addımlar atılacaq:

“Azərbaycan tərəfi öz kanalları ilə bizə çatdırdı ki, ya inteqrasiya siyasətini qəbul edirsiniz, ya da mövcud problemlərin həlli olmayacaq, əksinə, daha sərt və kəskin addımlar atılacaq. Bizim 2 seçimimiz var: ya seçdiyimiz mübarizəni davam etdiririk, ya da cəmiyyətdə elə fikirlər varsa, Azərbaycanın təqdim etdiyi təklifi qəbul etməliyik”.

Əslində, bu təkcə Arutyunyanın çarəsizliyinin göstəricii deyil, bu həm də Xankəndinə yaxınlaşan Azərbaycan qanunlarının və idarəçilik sisteminin addım səsləridir.

Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslının fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Arayikin bu bəyanatı aydındır ki, əlacsızlıqdan verilib:
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Ermənistan təzminat yerinə Azərbaycana biznes strukturlar təklif edə bilər”


“Separatçılar görürlər ki, artıq əvvəlki kimi güclü deyillər və bəzi dövlətlər onları daha əvvəlki kimi müdafiə etmir. Ən əsası Azərbaycan Qarabağdakı vəziyyəti hər an dəyişə bilər. Ona görə də Arutyunyan belə bir vəziyyətdə məsuliyyəti daha çox xalqın üzərinə atır, xalqı seçim qarşısında qoyur, özü isə aradan çıxacaq. Qarabağdakı ermənilərinsə başqa yolu yoxdur. Ya Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşamağı qəbul etməlidirlər, ya da ki, köçüb başqa dövlətlərə getməlidirlər. Burda üçüncü yol Azərbaycan dövlətinə qarşı silahlı müqavimət göstərməkdir. Belə olan vəziyyətdə isə onlar Azərbaycan dövləti tərəfindən terrorçu kimi məhv ediləcəklər”.

Partiya sədri onu da qeyd etdi ki, Azərbaycan dövlətinin mövqeyi bu məsələdə bəllidir:

“Amma Beynəlxalq təzyiqlərə görə Arayik Arutyunyan kimi terrorçular hələ də Qarabağda separatizmi alovlandırmağa çalışırlar. Qoy, separatçılar unutmasınlar ki, Azərbaycan öz suveren hüquqlarını 24 saatda bərpa etmək gücündədir. Zətən dünya praktikasında elə bir hal yoxdur ki, ölkənin ortasında hansısa terrorçu qurum yaşayır və bu terrorçularla sivil danışıqlar aparılır. Təbii ki, Azərbaycan sona qədər bu vəziyyətlə barışası deyil. Xankəndindəki ermənilər öz seçimlərini etməlidir. Əks təqdirdə Azərbaycan ordusunun gücü ilə qarşılaşmaq zorunda qalacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO