Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Qarabağda yaşayan ermənilər burada müvəqqəti yerləşən Rusiya sülhməramlıların komandanı Andrey Volkovun istefasına nail olmağa çalışırlar. Nəşrin yazdığına görə bu məqsədlə Qarabağdakı ictimai sektorun nümayəndələri yaxın vaxtlarda sülhməramlıların təlim mərkəzinin qarşısında Volkovun istefası tələbi ilə etiraz aksiyaları keçirməyə hazırlaşır.
Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu bildirir ki, Qarabağ erməniləri bu sayaq aksiyalarla Rusiyanın bölgə və Ermənistanla bağlı siyasətinə təsir edə biləcəyini düşünürlər:
MÖVZU İLƏ BAĞLI:
“Volkov hərbi şərəfini itirmiş generaldır” – Professordan SƏRT TƏNQİD
“Ancaq Qarabağ ermənilərinin tələbilə Volkovun istefaya göndəriləcəyini istisna edirəm. Qarabağ ermənilərinin fikrincə, Volkov azərbaycanlı ekofəalların qanuni aksiyasının qarşısını almaqda kifayət qədər israrlı mövqe nümayiş etdirmir və Ermənistandan Qarabağa gedən “humanitar” xarakterli yüklərin təftiş edilməsinə imkan yaradır. Məsələ ondadır ki, bu təftiş zamanı Ermənistandan Qarabağa gedən yük maşınlarında silahlar aşkar edildi.
Bu da Azərbaycanın haqlı etirazına səbəb olud. Nəticə etibarı ilə Laçın yolunda Azərbaycanın tabeliyində nəzarət-buraxılış məntəqələrinin yaradılacağı istisna deyil. Bu isə Qarabağın separatçı rejimi və onun himayədarları üçün ciddi problemlərin yaranması deməkdir. Çünki bu halda Qarabağa qanunsuz olaraq silah-sursat keçirmək mümkün olmayacaq. Onları narahat edən də budur”.
Ekspert qeyd edir ki, separatçı rejim belə aksiyalar keçirməklə Azərbaycanlı ekofəalların aksiyasına rus sülhməramlıları necə yanaşırsa, onlara münasibətdə də eyni münasibətin sərgilənəcəyini zənn edir:
“Halbuki Azərbaycanın mövqeyi haqlıdır. Qarabağ erməniləri bu sayaq aksiyalara getməklə Rusiyanın bölgə və Ermənistanla bağlı siyasətinə təsir edəcəklərini düşünürlər”.
Rüfət Sultan, Bizim.Media