Ermənilərin vəhşilikləri bizi dəhşətə gətirib – TBMM-nin üzvü

Ermənilərin vəhşilikləri bizi dəhşətə gətirib – TBMM-nin üzvü

Hazırda oxunan: Ermənilərin vəhşilikləri bizi dəhşətə gətirib – TBMM-nin üzvü

124247

“Ermənistanın azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər bizi dəhşətə gətirib”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Yüksel Özkan Qərbi Azərbaycan İcmasında keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsi, tarixi abidələri ilə yanaşı qəbiristanlıqlar da dağıdılıb: 

“Qəbirlər qazılaraq basdılıran cəsədlərin qızıl dişləri çıxarılıb. Qardaş ölkələr olaraq, bir də bu cür hadisələrin yaşanmaması üçün nələr etməli olduğumuzu düşünməliyik. Hesab edirəm ki, diasporumuzla işi düzgün qurmalı və ölkələrimizdən kənarda haqq səsimizi bütün dünyaya çatdırmalıyıq. Fikrimcə, daha sonra atılacaq digər addımlarla əlaqədar da fikir mübadiləsi aparmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO