“Qərb Laçında sərhəd-gömrük məntəqəsinin açılmasını dəstəkləyəcək” – Tofiq Zülfüqarov

“Qərb Laçında sərhəd-gömrük məntəqəsinin açılmasını dəstəkləyəcək” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “Qərb Laçında sərhəd-gömrük məntəqəsinin açılmasını dəstəkləyəcək” – Tofiq Zülfüqarov

124246

“Prezident İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib ki, Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir. Bəli, dövlətimizin mövqeyi həmişə belə olub, söz və ardınca əməl. Çünki bizim əsas amalımız sülhdür. Azərbaycan ümumiyyətlə, hər bir görüşə problemlərin öz həllini tapması ümidilə gedir”.

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Ermənistan təzminat yerinə Azərbaycana biznes strukturlar təklif edə bilər”


O qeyd edib ki, Azərbaycanın Brüssel sülh gündəliyinə sadiq olduğu barədə Prezident tərəfindən verilən mesaj Bakının həm Rusiyanın vasitəçiliyinə, həm də Qərbin təkliflərinə önəm verdiyinin göstəricisidir: 

“Azərbaycan hər zaman qanuna, ədalətə, məntiqə uyğun addımların atılmasını istəyib və reallıqları da doğru qiymətləndirib. Avropa İttifaqı və ABŞ-ın mövqeyi odur ki, kommunikasiyalardan istifadə qaydaları ölkələrin suverenliyinə riayət olunması şəklində olmalıdır.

Azərbaycanın məqsədi Laçın yolunda dövlətimizin qanunlarına uyğun sərhəd nəzarətinin bərpa edilməsinə nail olmaqdır. Bu məsələdə isə görürük ki, ABŞ və Aİ eyni mövqedədir. Ona görə də Laçın yolunda Azərbaycanın sərhəd və gömrük nəzarətinin təşkili məsələsinin Qərbin siyasi oyunçuları tərəfindən dəstək qazanacağını istisna etmirəm”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO