Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

12415

Fevralın 19-da Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Fuat Oktay iclasda çıxış ediblər.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə arasında daha iki sənəd imzalandı


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, təhsil naziri Emin Əmrullayevin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, xarici işlər nazirinin müavini Xələf Xələfovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun və digər rəsmi şəxslərin qatıldığı iclasda qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Baş nazir Əli Əsədov və vitse-prezident Fuat Oktay Hökumətlərarası Komissiyanın Protokolunu imzalayıblar.

Sonra Türkiyənin vitse-prezidenti və Azərbaycanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO