Ermənilərin Qarabağdakı son təxribatı ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA

Hazırda oxunan: Ermənilərin Qarabağdakı son təxribatı ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA

124087

Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda “gərginliyin artması ilə bağlı” şərhini yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“Gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib.

Biz tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatlar haqqında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiqləyirik”, - şərhdə deyilir.

Zaxarovanın sözlərinə görə, “Rusiya sülhməramlı kontingentinin (RSK) məsuliyyət zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı istənilən məsələlər tərəflər arasında sülh yolu ilə həll edilməlidir”.

Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycana hərbi texnika, sursat və canlı qüvvənin keçirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinə əməliyyat məlumatı daxil olub. Martın 5-də səhər saatlarında daxil olan məlumatın dəqiqləşdirilməsi məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən nəqliyyat vasitələrinin saxlanmasına və yoxlanılmasına cəhd edilib.

Qarşı tərəf atəş açıb. Qanunsuz erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olub.
Ermənistan mətbuatının məlumatına görə, Azərbaycanın antiterror əməliyyatı nəticəsində üç qondarma separatçı “polis” zabiti məhv edilib: polkovnik-leytenant Armen Mayoroviç Babayan, mayor David Valeryeviç Danielyan, leytenant Ararat Telmanoviç Qasparyan. Daha bir nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO