“Qarabağda antiterror əməliyyatının keçirilməsi vacibdir” – Tofiq Zülfüqarov

“Qarabağda antiterror əməliyyatının keçirilməsi vacibdir” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “Qarabağda antiterror əməliyyatının keçirilməsi vacibdir” – Tofiq Zülfüqarov

124035

“Ötən gün Xankəndi-Xəlfəli-Turşsu istiqamətində baş verənlər gündəmi daha da qabartdı, yeni reallıqlar ortaya qoydu”.

Bunu Bizim.Media-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Ermənistan təzminat yerinə Azərbaycana biznes strukturlar təklif edə bilər”


O əlavə edib ki, 2 ildən artıqdır ki, Azərbaycanın sərhədində ermənilər belə özbaşnalıqlar edirlər:

“Qorunmayan ərazilərdən Ermənistan götürdükləri bütün öhdəliklərə rəğmən Qarabağa qanunsuz olaraq silah-sursat daşıyır, terrorçu qruplar gətirirlər. Bununla da 10 noyabr bəyannaməsindəki üçtərəfli razılaşma Ermənistan və Rusiya tərəfindən kobud şəkildə pozulur. Belə vəziyyətdə Azərbaycan üçün yeganə yol öz sərhədlərinə nəzarəti ələ almaq, bu sahədəki işini tamamlamaqdır. Ermənistanla sərhədlərimizdə dövlət və ictimai nəzarət bərpa olunmalıdır”.

Sabiq nazir onu da qeyd edib ki, Qarabağdakı ermənilər arasında qruplaşma var:

“Birinci qrup Qarabağda qalıb Azərbaycan qanunları ilə yaşamaq istəyənlərdir. Bunlar çoxluq təşkil edir.

İkinci qrup istəyir ki, Qarabağdakı var-dövlətlərini satıb hansısa ölkəyə miqrasiya etsinlər. Onlar da hələlik istədikləri müştərini tapa bilmirlər.

Üçüncü qrup isə yenə də xəstə miatsum siyasətini davam etdirmək istəyir. Bunlar kifayət qədər az adamlardır. Amma belələri var. Ona görə də Azərbaycanın hər üç qrupa qarşı xüsusi yanaşması olmalıdır. Ən əsası terrorçulara qarşı antiterror əməliyyatı keçirməsi vacibdir. Çox təəssüf ki, Rusiyalı sülhməramlılar məsələlərə heç bir reaksiya vermir. Əslində onlardan yaxşı nəsə gözləmək də doğru olmaz. Son sözü biz deməliyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO