İşxan Verdyan: “Ermənistan təzminat yerinə Azərbaycana biznes strukturlar təklif edə bilər”

İşxan Verdyan: “Ermənistan təzminat yerinə Azərbaycana biznes strukturlar təklif edə bilər”

Hazırda oxunan: İşxan Verdyan: “Ermənistan təzminat yerinə Azərbaycana biznes strukturlar təklif edə bilər”

124000

“Ermənistanın verəcəyi hesabat barədə fikirlər tərəfimdən dəfələrlə qaldırılıb. Mən dəfələrlə Erməniləri bu mövzu haqqında açıq düşünməyə dəvət etmişəm. Bilirəm ki, bir sıra məsələlər hazırda məhkəmələrdədir. Bu prosseslər bir müddət uzana da bilər”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı tanınmış erməni fəal və bloqer, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Biz azərbaycanlılarla sülh içində yaşaya bilərik” -  MÜSAHİBƏ


O hesab edir ki, məhkəmədə Azərbaycanın qaldırdığı iddialara Ermənistan cavab verməli olacaq. Elə bu səbəbdən də, rəsmi İrəvan sülh təkliflərinə daha isti yanaşmalıdır: 

“Əgər biz sülh müqaviləsində hansısa danışıqlarda razılaşa biləriksə, o zaman biz, bu prosseslərə yumşalma da əldə edə bilərik. Təbii ki, məhkəmə nə qərar qəbul edəcəksə, o da olacaq. Əgər məhkəmə konkret qərar qəbul edərsə, bu zaman Ermənistan bu qərara uymaq məcburiyyətindədir. Təssüf ki Ermənistanda bunu başa düşmürlər. Ermənistan başa düşmür ki, məhkəmələrdə ona qarşı ciddi iddialar irəli sürülüb. Ermənistan çox böyük məbləğdə kompensasiya ödəməli olacaq”. 

Verdyan hesab edir ki, Azərbaycanın irəli sürdüyü iddiaların nəticəsi olaraq milyardlarla dollar təzminat ödəməli olan İrəvan çətin vəziyyətə düşəcək. Büdcəsini dəfələrlə üstələyən ittihamlar səfil vəziyyətdə olan erməni xalqını daha da çətin vəziyyətə salacaq:

“Hansı ki, bu, onun illik büdcəsindən dəfələrlə çox olacaq. Ermənistan bunu ödəyə biləcəkmi? Məncə həll oluna bilinməyəcək məsələ yoxdur. Mənim fikirmcə gələcəkdə Azərbaycanla razılaşdırıb bunu bir sıra biznes strukturlarla, biznes əməkdaşlıqla həll etmək olar. Mən ümumilikdə bu tip fikirlərlə rəhbərliyə, Ermənistan vətəndaşlarına dəfələrlə müraciət etmişəm.

Ancaq təəsüflər olsun mənim fikirlərim hələ də eşidilmir. Ermənistan hazırda bu məsələlərin həllinə qapalıdır. Ermənistan nəyə güvənir onu da deyə bilmərəm. Əgər biz dəvə quşu kimi başımızı torpağa soxub öz ətrafımızdakı məsələləri görməzdən gəlməyə davam edərsək, bu zaman vəziyyətimiz çox ağır olacaq”, - deyə İ.Verdyan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO