Laçın-Xankəndi yolundan keçən avtomobillərin sayı 68-ə çatdı - YENİLƏNİB - FOTO

Laçın-Xankəndi yolundan keçən avtomobillərin sayı 68-ə çatdı - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Laçın-Xankəndi yolundan keçən avtomobillərin sayı 68-ə çatdı - YENİLƏNİB - FOTO

123858

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Bizim.Media xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus iki təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 68-ə çatıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

20:04

Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət ediblər.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus üç təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, sülhməramlıların bir təminat avtomobili Laçına gedib.

Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 66-a çatıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

12:52

Rusiya sülhməramlı kontingentinə məxsus daha 24 avtomobil Laçın yolundan maneəsiz keçid edib.

Bizim.Media xəbər verir ki, 24 yük avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 46-ya çatıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 84 gündür davam edir.

09:14***

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Bizim.Media xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus bir tibbi maşın, bir təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO