Azərbaycan və Anqola XİN başçıları ikitərəfli əlaqələri MÜZAKİRƏ EDİB - FOTO 

Hazırda oxunan: Azərbaycan və Anqola XİN başçıları ikitərəfli əlaqələri MÜZAKİRƏ EDİB - FOTO 

123709

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Anqola Respublikasının xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və s. sahələrdə mümkün əməkdaşlıq perspektivləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Bu xüsusda, münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.

Təhsil sahəsində Anqoladan tələbələrin Azərbaycan tərəfindən QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarına maraq göstərməsi məmnunluqla qeyd edilib.
Xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa Anqolanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə edilməsi istiqamətində qarşılıqlı təmasların davam etdirilməsinin zəruri olduğu bildirilib.

QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsinin pandemiyadan sonrakı dövrdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm fürsətlərdən biri kimi əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO