Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni qəbul edib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvünün Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Nazir ikitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər əsasında qarşısının alınmasının vacibliyindən bəhs edib.
Tərəflər, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesi, azad edilmiş ərazilərdə mövcud mina təhdidi və tərəfimizdən aparılan minasızlaşdırma fəaliyyəti barədə məlumat verib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:09 / 03.03.2023
Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşüb - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşüb - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşüb - FOTO
123687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.