Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – Rəsmi Berlin 

Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – Rəsmi Berlin 

Hazırda oxunan: Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – Rəsmi Berlin 

123649

Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin məlumatında bildirilib.

“Kansler dünən Ermənistanın Baş naziri Paşinyanla görüşüb. Bölgədən bizə müraciət edildi ki, yenidən Dağlıq Qarabağla bağlı federal hökumətin mövqeyini təqdim edək. Federal hökumətin mövqeyi dəyişməyib. Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiq qalır. Almaniya Ermənistan və Azərbaycanı mübahisəni dinc yolla həll etməyə çağırır”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, Almaniya üçün hər iki ölkədə sakinlərin haqlarına və azlıqların hüquqlarına beynəlxalq normalara və götürülmüş öhdəliklərə uyğun olaraq hörmət edilməsi vacibdir.

“Federal Hökumət Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səylərini açıq şəkildə dəstəkləyir”, - Almaniya hökumətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO