Ermənistan Qərbi azərbaycanlıların qayıdışını üzərinə götürməlidir – RƏSMİ 

Ermənistan Qərbi azərbaycanlıların qayıdışını üzərinə götürməlidir – RƏSMİ 

Hazırda oxunan: Ermənistan Qərbi azərbaycanlıların qayıdışını üzərinə götürməlidir – RƏSMİ 

123580

“Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirilməlidir. Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə Milli Məclisdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.

O deyib ki, Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır.

“Qərbi azərbaycanlıların qayıdışı məsələsinə təbliğat kontekstindən baxılmasına yol vemrək olmaz, buna ciddi, milli və dövlət mövqeyindən yanaşmaq lazımdır. Müəyyən hüquqi aspektlərə diqqət yetirməliyik. 
Qərbi Azərbaycan İcmasının atdığı addımlar, dövlətimizin qurumlarının bu prosesə verdiyi dəstək müəyyən qanunlar, siyasi və hüquqi mexanizmlər çərçivəsində həyata keçirilməlidir ki, milli hədəfimizə nail ola bilək”, - deyə nazir müavini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO