Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə millət vəkili Elman Nəsirov arasında gərginlik yaşanıb.
Bizim.Media xəbər verir ki, hadisə canlı debat zamanı baş verib.
Deputat partiya sədrinin ona “Sual verirəm sənə, Elman” deyərək adı ilə müraciət etməsinə etiraz edədərək, “Mən Elman deyiləm” cavabını verib və opponentinə “mən sizə Sərdar demirəm” deyə bildirib.
Sərdar Cəlaloğlunun cavabı isə belə olub:
“De də, nə olacaq ki? Sən mənə Sərdar desən, mənə ləzzət edər. Valideynlərin sənə Elman adını qoymayıb?”.
Elman Nəsirov isə məsələni tamaşaçıların münasibətinə buraxdığını bildirib.
Həmin görüntüləri təqdim edirik:
Murad Əhmədov, Bizim.Media