ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Bakıya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.
O, bildirib ki, Luis Bono bu vəzifədə regiona ilk səfərinə Bakıdan başlayacaq.
“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davam edən sadiqliyimizi dəstəkləmək məqsədilə liderlərlə görüşməyi planlaşdırır. Qeyd etdiyim kimi o, səfər çərçivəsində Cənubi Qafqazın üç ölkəsinə gedəcək. O, ardıcıl olaraq Bakıya, İrəvana və Tbilisiyə səfər edəcək”, - deyə Ned Prays bildirib.
Yeni baş müşavir Luis Bononun dövlət katibi Entoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş üçtərəfli görüşdə əldə edilmiş tərəqqini inkişaf etdirəcək.
Ned Prays deyib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştiraka dair son günlərdəki səylərindən ümidlənib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:02 / 03.03.2023
ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir
Hazırda oxunan: ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir
Hazırda oxunan: ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir
123517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.