\'\'Türkiyə və Azərbaycana qarşı çıxan ABŞ senatorlarına sərt bəyanat verildi\'\' - TBMM sədri

\'\'Türkiyə və Azərbaycana qarşı çıxan ABŞ senatorlarına sərt bəyanat verildi\'\' - TBMM sədri

Hazırda oxunan: \'\'Türkiyə və Azərbaycana qarşı çıxan ABŞ senatorlarına sərt bəyanat verildi\'\' - TBMM sədri

12347

“Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunda təmsil olunan 87 millət vəkili ABŞ Senatının 54 üzvünün Türkiyə və Azərbaycan əleyhinə müraciətinə sərt şəkildə reaksiya verib bəyanat yayıb”.

Bizim.Media-nın xəbərinə görə, bunu TBMM sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Əsədov Mustafa Şentopla görüşdü - FOTO


O bildirib ki, bəyanatda 30 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizini işğal edən, başda Xocalı olmaqla bir çox şəhərdə günahsız uşaq və qadınları qətlə yetirən təcavüzkar Ermənistanı qınamaq əvəzinə öz ərazi bütövlüyünü qoruyan Azərbaycanı və beynəlxalq hüquqa görə onun yanında duran Türkiyənin tənqid edilməsinin təəccüblə qarşılandığı əks olunub.

M. Şentopun sözlərinə görə, gələn həftə TBMM və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rəsm sərgisi keçiriləcək.

TBMM sədri Naxçıvan dəhlizinin əhəmiyyətinə də toxunub. Türkiyə parlamentinin sədri qeyd edib ki, Qarsdan çəkiləcək dəmir yolu xətti də Naxçıvanın strateji əhəmiyyətini artıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO