“Müsavat tv” İran xakerləri tərəfindən oğurlanıb – Cümşüd Nuriyev

“Müsavat tv” İran xakerləri tərəfindən oğurlanıb – Cümşüd Nuriyev

Hazırda oxunan: “Müsavat tv” İran xakerləri tərəfindən oğurlanıb – Cümşüd Nuriyev

123389

Xəbər verdiyimiz kimi, martın 1-də gecə saat 23-00 radələrində Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənardan haker hücumlarına məruz qalıb. Nəticədə onların arxiv bazaları silinib, emailləri ələ keçirilib, bazaları silinib. 

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, internet telekanallarına edilən bu haker hücumunun arxasında İran və Ermənisitan dayanır: 

“Bu internet TV-lər bank deyil ki, böyük pul qazansınlar. Onlar bir verlişdən uzağı 15-20 dollar pul qazana bilir. Ay ərzində olsun 3-4 min dollar Bu qədər pula görə hakerlər bu işə əl qoymaz.

Azərbaycandakı bir sıra internet televiziya kanalları müxalif olsa da, Azərbaycanın maraqlarına xidmət edir. Bu isə İranı qıcıqlandırır. Ona görə də hücum edənlərin arxasında heç bir haker dayanmır. Əksinə, onun arxasında birmənalı şəkildə İran və Ermənsitan dayanır.
Tehran Azərbaycan internet telekanallarında İranla bağlı son zamanlar gedən və reallığı, həqiqəti əks etdirən məlumat və süjetlərdən qəzəblənib. Bu müstəvidə də edilən haker hücumları həmin internet resurslarından qisas almağa hesablanmış addımdır. Adətən, haker hücumları olanda internet kanalının sosial bazası, istifadəçiləri dağıdılır, hesabda olan vəsaitlər götürülür. Belədə kanala kifayət qədər maddi ziyan vururlar. “Müsavat tv”ni də İran xakerləri susdurub”. 

Ekspertə görə, bu haker hücumunda məqsəd İrandakı hadisələrdən yazan internet resurslarını qorxutmaqdır: 

“İndiki halda ölkəmizdə fəaliyyət göstərən internet resurslarına edilən bu haker hücumlarında məqsəd onları qorxutmaq, tutduqları mövqedən çəkindirməkdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO