“Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev İraq Prezidenti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO
Ölkə başçısı qeyd edib ki, iki ölkə arasında qəbul edilən bütün qərarlar vaxtında və planlaşdırıldığından da böyük həcmdə yerinə yetirilir:
“Elə bu yaxınlarda Daşkənddə tədbirdə yeni ideyalar, yeni layihələr müzakirə olunub. Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir. Mən Sizə bu münasibətə görə çox təşəkkür edirəm”.
Bizim.Media