Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə həmçinin rəsmi səfərə dəvət edib.
Bizim.Media xəbər verir ki, ölkəmizin başçısı bu dəvəti martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşü zamanı edib.
Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlətimizin başçısını İraqa səfərə dəvət edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”
Söhbət əsnasında dövlət başçıları sərmayələr, enerji, tikinti, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər, ikitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Bizim.Media