BMT TŞ-da Azərbaycan əleyhinə sərt qərarı kimlər dayandırdı?

BMT TŞ-da Azərbaycan əleyhinə sərt qərarı kimlər dayandırdı?

Hazırda oxunan: BMT TŞ-da Azərbaycan əleyhinə sərt qərarı kimlər dayandırdı?

1232

Ekspert Fuad Çıraqov öz facebook səhəfəsində bu qərar barədə ilgink status paylaşıb: “Ölkə başçısı təşəkkür edib həmin ölkələrə, sizlər də bilin. Həmin ölkələr bunlardır: İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenada və Dominikan Respublikası”.

Bu ölkələrin heç biri BMT TŞ-nın daimi üzv deyillər, hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatında təmsil olunurlar: “Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürüldü.

25 illik fasilədən sonra 19 oktyabrda BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nın sədri adından bəyanat layihəsi hazırlanmışdı.

Bəyanat layihəsi əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanmışdı. Həmin layihəyə isə BMT TŞ-nın əvvəlki 4 qətnaməsi əlavə edilməmişdi və xoşagəlməz məqamlar var idi”.

Fuad Çıraqov qeyd edir ki, əgər bu qətnaməyə həmin dövlətlər etiraz etməsəydilər ciddi problemlər yarana bilərdi: “BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsini tələb etdilər”.

Sonda ekspert bu hərəkatın əhəmiyətini qeyd edərək bildirir: “Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Təsəvvür edə bilirsiz hansı ölkələrin irəli sürdüyü layihənin qarşısını ala bilmişik? İndi yəqin bəzi təhlilçilər daha yaxşı anlayar bu hərəkatın rolunu və Azərbaycanın seçimini”.


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO