Dostluq qrupunun üzvləri Milli Məclisdə görüş keçirdilər - FOTO 

Dostluq qrupunun üzvləri Milli Məclisdə görüş keçirdilər - FOTO 

Hazırda oxunan: Dostluq qrupunun üzvləri Milli Məclisdə görüş keçirdilər - FOTO 

123103

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfər zamanı Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, daha sonra Şəhidlər Xiyabanını da ziyarət edən qonaqlar Milli Məclisdə görüşlər keçirib.

Ukrayna Ali Radasnın Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət münayəndə heyəti növbəti görüşünü Milli Məclisdə Ukrayna ilə parlamentlərarası dostluq qrupunun üzvlərilə keçirib.
Həmin görüşdə iki ölkəni  dostluq qrupunun fəaliyyətinə dair cari məsələlər müzakirə olunub. Görüşdə Milli Məclis üzvləri Rüfət Quliyev, Tahir Mirkişili, Cavanşir Feyziyev, Cavid Osmanov, Naqif Həmzəyev iştirak ediblər.

Xatırladaq ki, dünən Ukrayna nümayəndə heyəti Azərbaycan Xarici İşlər, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərində görüş keçirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO