Kubanın vitse-prezidenti Qoşulmama Hərəkatının üzv dövlətlərinə dəstəyə görə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ 

Kubanın vitse-prezidenti Qoşulmama Hərəkatının üzv dövlətlərinə dəstəyə görə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ 

Hazırda oxunan: Kubanın vitse-prezidenti Qoşulmama Hərəkatının üzv dövlətlərinə dəstəyə görə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ 

123084

“Ölkələrimiz arasında münasibətlərin daha da inkişafında Kuba tərəfinin də ciddi siyasi iradəsinin olduğunu dedi”.

Bizim.Media xəbər verir ki, bunu Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Kubanın vitse-prezidentini qəbul etdi - FOTO


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin Covid 19-a qarşı mübarizə kimi çətin bir dövrə təsadüf etdiyini, lakin ölkəmizin təşkilata çox fəal və uğurlu sədrliyini davam etdirdiyini deyən qonaq Qoşulmama Hərəkatının inkişafı üçün ölkəmizin böyük işlər gördüyünü, təşkilata üzv dövlətlərə dəstəyini əsirgəmədiyini xüsusi vurğulayıb və buna görə təşəkkürünü bildirib.

Kubanın vitse-prezidenti bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və Kubanın G77-nin sədri qismində əməkdaşlığımızı dərinləşdirmək və bu iki təsisat arasında münasibətlərin inkişafında maraqlı olduğunu, Cənub-Cənub əməkdaşlığının dərinləşməsi üçün çalışdığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO