Prezident: “Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”

Prezident: “Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”

Hazırda oxunan: Prezident: “Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”

123080

“Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışır, belə ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”


Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırladıb, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcək.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub. Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO