Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO

Hazırda oxunan: Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO

122635

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayev və digər rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO