Xankəndi-Laçın yolundan sülhməramlıların 6 avtomobili keçdi - FOTO

Xankəndi-Laçın yolundan sülhməramlıların 6 avtomobili keçdi - FOTO

Hazırda oxunan: Xankəndi-Laçın yolundan sülhməramlıların 6 avtomobili keçdi - FOTO

122619

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 4 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 6-ya çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO