“Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən ondan imtina edir:
“Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Dəhlizdən qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib.
Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Bu da təbii ki, Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. O cümlədən, dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi. Bilirik ki, məsələnin həlli üçün bəlli çağırışlar var.
Həll yollarından biri kimi cənab Prezident Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulmasını təklif etmişdi.
Bu, dəhlizdə şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan təklifin sağlam olduğunu eşidirik. Həmin görüşdə heç bir konkret cavab verilmədi. Lakin təxminən iki gün sonra Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən Ermənistan üçün məqbul olmadığını açıqladı".
Nazir əlavə edib ki, bu açıqlama bir daha göstərir ki, Ermənistan tərəfi üçtərəfli bəyanat üzrə öhdəliyini yerinə yetirməkdə maraqlı deyil.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:58 / 24.02.2023
Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurulmasını İrəvan niyə qəbul etməyib?
Hazırda oxunan: Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurulmasını İrəvan niyə qəbul etməyib?
Hazırda oxunan: Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurulmasını İrəvan niyə qəbul etməyib?
122391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.