Prezident İlham Əliyevdən Küveyt Əmirinə TƏBRİK 

Prezident İlham Əliyevdən Küveyt Əmirinə TƏBRİK 

Hazırda oxunan: Prezident İlham Əliyevdən Küveyt Əmirinə TƏBRİK 

122360

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət, 

25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram. 

Azərbaycan Küveytlə güclü İslam həmrəyliyinə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik. 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO