Lavrovun Bakıda müzakirə edəcəyi ÜÇ VACİB MƏSƏLƏ – Politoloq Anar Həsənovun ŞƏRHİ

Lavrovun Bakıda müzakirə edəcəyi ÜÇ VACİB MƏSƏLƏ – Politoloq Anar Həsənovun ŞƏRHİ

Hazırda oxunan: Lavrovun Bakıda müzakirə edəcəyi ÜÇ VACİB MƏSƏLƏ – Politoloq Anar Həsənovun ŞƏRHİ

122311

Fevralın 27-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfər edəcək. Nazirliyin sözçüsü Mariya Zaxarova Lavrovun Bakıda keçiriləcək Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcəyi üçün gəldiyini söyləyib. Amma son zamanların siyasi gedişatları deməyə əsas verir ki, Lavrovun Bakı səfərini vacib edən bir xeyli səbəb var.

Məsələ ilə bağlı Rusiyada yaşayan azərbaycanlı politoloq Anar Həsənovun fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamsında o bildirdi ki, Lavrovun Bakı səfərində prioritetlər bunlardır:

“Bunlar iqtisadiyyat, Qarabağ və nəqliyyat dəhlizidir. Hər kəsə bəllidir ki, Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək. Və bu müharibədə Rusiya dünyanın ÜDM-nin 60 faizinə sahib dövlətləri ilə vuruşur. Dünya ÜDM-də isə Rusiyanın payı cəmi 2 faizdir. Belə bir vəziyyətdə Rusiya iqtisadiyyatını daha çətin günlər gözləyir. Bu çətin vəziyyətdən çıxış yollarından biri kimi Moskva Bakı və Ankaranı görür. Ona görə də Lavrovun bu səfərində iqtisadi əlaqələrin gücləndirilməsi əsas müzakirə mövzularındandır.

Məhz bu faktora görə Kreml özü üçün müəyyən etdiyi qırmızı xətdə Ankara və Bakının bəzi addımlarına göz yummaq məcburiyyətindədir. Amma fürsət düşdükcə təzyiqlərindən də qalmır. Bütün bunlara rəğmən Moskva Bakı və Ankaraya nicat yolu kimi baxır”.
Politoloq Qarabağ məsələsindən danışarkən onu bildirdi ki, Rusiya bu münaqişədə tərəf deyil:

“Moskva deyir ki, mən bu məsələdə mediatoram. Özünü bu məsələdə ədalətli hakim kimi görür. Amma Moskva baxır ki, Azərbaycan Qarabağda özünün suverenliyi üçün qəti addımlar atmaq istəyir. Kremli isə rəsmi Bakını bu addımları atmaqdan çəkindirməyə çalışır ki, Moskvanın moderatorluğu ilə sülh danışıqlarını davam etdirilsin. Radikal addımlar atılmasın. Bu səfərdə bu məsələ diqqətdə saxlanılacaq”.

Anar Həsənov Zəngəzur dəhlizi məsələsinin də prioritetlər arasında olduğunu dedi:

“Moskva üçün maraqlı məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz həm Rusiyanın özünə, həm də Ermənistana çox lazımdır. Çünki, Larsdan keçən quru yol o qədər də effektiv deyil. Alternativsə Zəngəzur yoludur. Bu məsələ də qarşıdakı görüşdə müzakirə ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO