Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, 24 nəfərin Ermənistana, 19 nəfərin isə Ermənistandan Laçın koridoru ilə keçərək ailələrinə qovuşmasına yardımçı olub.
Bizim.Media xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Bildirilib ki, ümumilikdə, BQXK 136 nəfərin Ermənistana, 160 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub:
"Biz gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində, ailə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırıq".
Həmçinin 19 dekabr 2022-ci il tarixindən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi olaraq, Laçın yolu boyu 26 tibbi təxliyə həyata keçirib.
Eyni zamanda, əməliyyatlar zamanı 115 xəstə və onları müşayiət edən şəxslər də təxliyə olunub.
Bizim.Media