İran hələ də vətəndaşlarının Xankəndiyə səfərinə izah verməyib - Rəsmi Bakı

İran hələ də vətəndaşlarının Xankəndiyə səfərinə izah verməyib - Rəsmi Bakı

Hazırda oxunan: İran hələ də vətəndaşlarının Xankəndiyə səfərinə izah verməyib - Rəsmi Bakı

122106

“Hesab edirik ki, Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

“Qanunsuz istifadə deyərkən hələ də Qarabağ bölgəsindən çıxarılmamış erməni hərbi kontingentinin rotasiyası, talan edilmiş mineralların həmin yolla Ermənistana daşınması və beynəlxalq bazarlara çıxarılması, üçüncü dövlət nümayəndələrinin, xüsusən İran İslam Respublikası tərəfindən bəzi şəxslərin bölgəyə gətirilməsidir ki, sonuncuya İran hələ də izah verməyib”, - nazir müavini qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO