Təhlükəli SSENARİ – “Ermənistan Aİ missiyasından istifadə edib, atəşkəsi pozur”

Təhlükəli SSENARİ – “Ermənistan Aİ missiyasından istifadə edib, atəşkəsi pozur”

Hazırda oxunan: Təhlükəli SSENARİ – “Ermənistan Aİ missiyasından istifadə edib, atəşkəsi pozur”

122083

“Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətə başlamasından 3 gün keçməsinə baxmayaraq, artıq ən mənfi proqnozlar özünü doğrultmağa başlayıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov sosial şəbəkə hesabından yazıb.

Politoloq ilk növbədə Aİ missiyasının gəlişindən öncə verilən proqnozları xatırladıb:

“Qısa şəkildə qeyd edilirdi ki, sülh müqaviləsi olduğu halda Aİ-nin missiyası konstruktivdir, çünki Azərbaycanın Ermənistana “hücum”una zəmanət verir. Sülh müqaviləsi olmadığı halda Aİ-nin missiyasından Ermənistan rəhbərliyi əlavə təminat kimi istifadə edə və Qarabağ məsələsində daha fəal ola bilər.
Və fevralın 22-də sərhədboyu erməni təxribatları, Ermənistanın Aİ missiyasından Azərbaycana qarşı istifadə edəcəyinin göstəricisidir”.

Fərhad Məmmədovun sözlərinə görə, Ermənistanın Laçın yolunda şərti sərhəddə keçid məntəqələrinin qurulması ideyasından imtina etməsi rəsmi İrəvanın Qarabağ məsələsində daha fəal olacağını göstərir:

“Beynəlxalq Ədalət Məhkəməsinin hökmü bu fikri daha da gücləndirəcək. Mirzoyanın bu bəyanatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın “Qisas” əməliyyatından əvvəl Azərbaycanın Laçından geri çəkilmək təklifinin qeyri-legitim olması ilə bağlı bəyanatına bənzəyir. Nəhayət hər kəsə məlum oldu ki, Ermənistan Zəngəzur dəhlizinin məcburi qaydada reallaşdırılması yolunu tutmağa davam edir.

İrəvan Azərbaycanın birtərəfli qaydada Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacağı təqdirdə,  Zəngəzur dəhlizindəki keçid məntəqəsi ilə bağlı razılaşmanın Azərbaycanın təkliflərinin gündəmində qalacağına dair təminatın olmayacağını düşünür.

Bakı isə ikitərəfli əsasda danışıqlar aparmağı və vasitəçiləri fakt qarşısında qoymağı təklif edir. Bakı İrəvana həm Moskvaya, həm də Brüssel və Vaşinqtona münasibətdə daha subyektiv olmağı təklif edir. Axı Paşinyanın özünə də bu yöndə ABŞ-dan təzyiqlər olub”.

Fərhad Məmmədov qeyd edib ki, baş verənlər kontekstində Lavrovun Bakıya səfəri böyük əhəmiyyət kəsb edəcək:

“Mövzular çoxdur, hamısı işlənib hazırlanıb, hətta Lavrov kimi təcrübəli diplomat üçün də manevr imkanı azdır.

Bu gün Vardanyan layihəsi ilə bağlı da nəticənin əldə olunacağı gözlənilir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı və onun Ermənistan XİN-in şərhindən sonra Arayik-in Vardanyanı istefaya göndərilməsi tələbi ilə birlikdə Paşinyanın mövqeyində dəyişiklik mümkündür. Görək, Paşinyanın gözlənilməz siyasəti Ermənistanı hara aparacaq”.
Politoloq Azərbaycan tərəfindən ABŞ və Aİ-yə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı aydın mesajların verilməsinin vacib olduğunu da diqqətə çatdırıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO