Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri zamanı bir sıra görüşlər həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir özü məlumat verib.
Məlumata görə, R.Nəbiyev ötən gün ilk olaraq Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə müzakirələr aparıb.
"Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşməkdən məmnunam. Görüşdə tranzit, nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Qardaş Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirəm”,- o deyib.
Nazir türkiyəli həmkarı Mustafa Varankla görüşündə isə innovativ sahədə əməkdaşlıqla bağlı müzakirələr aparıb.
“Bu gün Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşdə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılığa gəldik”, - R.Nəbiyev bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:50 / 18.02.2021
Türkiyənin təcrübəsi Azərbaycanda tətbiq ediləcək - FOTO
Hazırda oxunan: Türkiyənin təcrübəsi Azərbaycanda tətbiq ediləcək - FOTO
Hazırda oxunan: Türkiyənin təcrübəsi Azərbaycanda tətbiq ediləcək - FOTO
12208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.