XİN Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmini açıqladı

XİN Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmini açıqladı

Hazırda oxunan: XİN Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmini açıqladı

121780

Azərbaycanın Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında paylaşım edilib. 

Paylaşıma əsasən bu günə qədər Azərbaycandan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 6872 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 899 ədəd generator, 239 819 ədəd zəruri ləvazimat və məhsullar, 318 273 isti geyim, 1 412 594 ədəd dərman və tibb ləvazimatı, 12 790 ədəd qızdırıcı və texniki avadanlıq, 183 konteyner tipli mobil ev, hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən 24 900 000 AZN maddi yardım göndərilib.
Həmçinin təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib. 

Humanitar yardımlar Türkiyəyə 15 təyyarə, 395 yük avtomobili və 25 qatar vaqonu vasitəsilə çatdırılıb.

Qeyd edək ki, fiziki şəxslər və ayrı-ayrı özəl şirkətlər tərəfindən göndərilən yardımlar siyahıda əks olunmayıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO