“1994-95-ci illərdə qonşu ölkələrin xüsusi xidmət orqanları Azərbaycanda ciddi təxribat-pozuculuq faəliyyəti ilə məşğul idi. Həmin dövrdə ölkəmizdə Konstitusiya qəbul ediləcəyi anonsları verilirdi. Təbii ki, bu, İranın marağında deyildi. Çünki qəbul ediləcək yeni konstitusiyada din dövlətdən ayrı nəzərdə tutulurdu”.
Bizim.Media xəbər verir ki, bunu trend.az-a müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
Onun sözlərinə görə, artıq həmin dövrdə İran tərəfindən hücum taktikasına start verilmişdi. İran Azərbaycanda islam dövləti yaratmaq üçün bütün imkanlarını səfərbər etmişdi.
"İranın casus şəbəkəsi hətta dövlət qurumlarımıza qədər sızmışdı. Din pərdəsi altında güclü təbliğat aparılırdı. Bir sözlə, İran Azərbaycanda öz maraqlarına uyğun dayaqlar yarada bilmişdi. Onlar görəndə ki, Heydər Əliyev dövləti və hakimiyyəti gücləndirir, vaxt itirmədən dərhal hərəkətə keçmək istədilər.
1994-cü ildə Məhərrəm ayında Aşura günü səhər məlumat aldıq ki, İslam Partiyasının rəhbərliyi tərəfindən xalqa müraciət olunacaq, insanlar itaətsizliyə, hakimiyyətə qarşı çıxmağa sövq ediləcək.
Bundan başqa, İsrail və ABŞ bayraqlarının yandırılması, xalqın iğtişaşa dəvət olunması planlaşdırılırdı. Artıq Təzə Pir məscidinin həyəti insanlarla dolu idi. O dövrdə hər hansı bir əks tədbir görülməsi hüquqi müstəvidə çox riskli idi.
Əlbəttə ki, alınan məlumatlar ölkə rəhbərliyinə məruzə olundu. Tezliklə rəhbəlik məlumat verdi ki, ulu öndər Heydər Əliyev Təzə Pir məscidinə gəlir. Biz həyəcanlandıq və bunun təhlükəli olduğunu bildirdik. Çünki təhlükəsizliyin təminatı faktiki mümkün deyildi. Lakin rəhbərlik dedi ki, qərar qətidir", - deyə S.Heydərov əlavə edib.
S.Heydərov vurğulayıb ki, həmin vaxt bütün mühafizə sistemi təhlükəsizliyin təmin olunmasına yönəldi, ancaq yenə də tam təminat yox idi.
"Heydər Əliyev növbəti dəfə öz həyatını təhlükəyə atdı. Qətlin sınmasına yarım saat qalmış ulu öndər Təzə Pir məscidinə gəldi. Həmin dövrdə şeyx onu qarşıladı və içəri daxil oldular. Dindarlar qarşısında çox gözəl bir çıxış etdi. Dinimiz, müqəddəs dəyərlərimiz haqqında yüksək fikirlər səsləndirdi.
Heydər Əliyevin bu çıxışı dindarlar arasında böyük rəğbətlə qarşılandı. Sanki bir rahatlıq, məmnunluq yarandı. Onun çıxışını İslam partiyasının rəhbəliyi də dinləyirdi. Ulu öndər onları da yanına dəvət etdi.
Dindarlarla olduqca səmimi ortamda təmas yarandı. Azərbaycan dindarları bir daha əmin oldu ki, dövlətin diqqət və qayğısı, himayəsi onların üzərindədir. Bax, beləcə, Heydər Əliyev öz siyasəti, diplomatik gedişi ilə növbəti bir təhlükəli prosesin qarşısını şəxsən aldı", - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:45 / 21.02.2023
Səyavuş Heydərov: “Aşurada İranın Bakıda planlaşdırdığı kütləvi iğtişaşların qarşısını Heydər Əliyev aldı” - VİDEO
Hazırda oxunan: Səyavuş Heydərov: “Aşurada İranın Bakıda planlaşdırdığı kütləvi iğtişaşların qarşısını Heydər Əliyev aldı” - VİDEO
Hazırda oxunan: Səyavuş Heydərov: “Aşurada İranın Bakıda planlaşdırdığı kütləvi iğtişaşların qarşısını Heydər Əliyev aldı” - VİDEO
121766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.